Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirildi

AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirildi

Bu gün AMEA-nın Əsas binasında AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan Azad Həmkarlar İttifaqının (AHİ) sədri, iqtisad elmləri doktoru, professor İsa Alıyev Rəyasət Heyəti ilə imzalanmış kollektiv sazişdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər haqqında məlumat verdi. İ.Alıyev qurumun fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin vacibliyini də önə çəkdi.

Ölkə rəhbərliyi tərəfindən AMEA-ya göstərilən diqqət və qayğıdan danışan AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İşlər İdarəsinin sədr müavini Sərdar ƏliyevŞamaxı Rəsədxanasının təmiri, AMEA şəhərciyində Mərkəzi Kitabxana və“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin istifadəyə verilməsinin buna bariz nümunə olduğunu söylədi.

 S.Əliyev akademiya əməkdaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə də toxundu. O, bu məqsədlə kooperativ binaların tikilməsi üçün güzəştli ipoteka kreditlərinin alınmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Həmçinin, Xızıda AMEA-ya məxsus olan torpaqlardan səmərəli istifadə, gənclərin elmə cəlb edilməsi məqsədi ilə tədbirlərin görülməsi və s. məsələlərin həllinin vacibliyini vurğuladı.

Tədbirdə AMEA Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının (HT) sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, AMEA Mikrobiologiya İnstitutuHT-nin sədri, biologiya üzrə fəlsəfə doktoru Sarıbala Əliyev, Botanika İnstitutuHT-nin sədri Oqtay Mirzəyev, Genetik Ehtiyatlar İnstitutu HT-nin sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov və digərləri çıxış edərək öz təklif və tövsiyələrini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: