Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.05.2019 11:05
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində tarixçi alimlə görüş keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində tarixçi alimlə görüş keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində tanınmış tarixçi alim, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Rauf Hüseynzadə ilə görüş keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev tarixçi alimi 90 illik yubileyi münasibətilə təbrik edib, onun tədqiqat obyekti olan mövzuların elmi əhəmiyyətindən danışıb.

Professor Rauf Hüseynzadə İrəvan ali məktəblərində 1963-2003-cü illərdə Ermənistanda tarix elminə dair tədqiqatlarda, onun tədrisi prosesində rastlaşdığı və etirazla qarşılaşdığı məqamlara toxunub. O, müstəqil Azərbaycanda tarix elminin üzərinə düşən və böyük məsuliyyət tələb edən vəzifələrdən bəhs edərək, müasir dövrdə tariximizin indiyə qədər heç araşdırılmamış, həmçinin sovet ideologiyasının tələblərinə uyğun aparılmış tədqiqatlarının yenidən, əsaslı şəkildə aparılmasının vacibliyini qeyd edib.

Görüşdə tarixçi alim monoqrafiya və elmi əsərlərindən, o cümlədən “XII–XIII əsrlər Suriya mənbələri Azərbaycan haqqında” ilk monoqrafiyasından danışıb.

Sonda o, ümumtürk problemlərinə həsr etdiyi “Dəşti Qıpçaq türkləri və ətrafdakı dünya: köçəri çölün oturaq vahə ilə simbiozu” adlı yeni kitabını “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: