Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Eroziya və Suvarma İnstitutunun əməkdaşları ilə Polşalı mütəxəssislər birgə seminarlar keçiriblər
08.09.2014 00:00
  • A-
  • A
  • A+

Eroziya və Suvarma İnstitutunun əməkdaşları ilə Polşalı mütəxəssislər birgə seminarlar keçiriblər

Polşa Respublikasının Texnoloji-Təbiətşünaslıq İnstitutu ilə AMEA Eroziya və Suvarma İnstitutu arasında 2008-ci ildən əməkdaşlıq əlaqələri davam etdirilir.

Bu çərçivədə əldə olunmuş nəticələrin yerli mütəxəssis və fermerlərə çatdırılması məqsədilə sentyabrın 1-də Eroziya və Suvarma İnstitunun Şamaxı Təcrübə Bazasında, sentyabrın 3-də isə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında və Tərtər Regional Aqrar Elm Mərkəzində seminarlar keçirilib.

Məqsəd müasir texnologiyalardan fermer təsərrüfatlarında, yerli, regional və adminstrativ səviyyədə istifadə imkanları haqqında iştirakçılara məlumat vermək idi.

Seminarlarda Coğrafi İnformasiya Sistemlərindən (GİS) istifadə etməklə kənd təsərrüfatı əraziləri üçün məlumatlar bazasının işlənib hazırlanması metodikası aşılanıb. Həmçinin Azərbaycanın şimal və şimal-qərb rayonları üçün yaradılmış xəritələr və onların məlumatlar bazası haqqında informasiyanın fermerlərin diqqətinə çatdırılması, gələcəkdə bu xəritələrdən regional səviyyədə istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, gələcəkdə bütün respublikanı əhatə edə biləcək məlumatlar bazasının yaradılması planlaşdırılır. Layihə çərçivəsində üç dildə (Azərbaycan, polyak, ingilis dillərində) web səhifə də hazırlanacaq. Burada əməkdaşlıq, yerinə yetirilən işlər barədə məlumatların, həmçinin foto şəkillərin yerləşdirilməsi nəzərdə tutulub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: