Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Kamal Abdullayevin italyan dilinə tərcümə edilmiş yeni kitabı çapdan çıxıb
08.09.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevin italyan dilinə tərcümə edilmiş yeni kitabı çapdan çıxıb

Görkəmli Azərbaycan yazıçısı, akademik Kamal Abdullayevin italyan dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” kitabı çapdan çıxıb. Daniele Franzoninin tərcümə etdiyi kitabda ön sözün müəllifi görkəmli yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktor isə professor Mikele Bernardinidir.

Bu əsərdə Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin ilk və yarımçıq layihəsini əks etdirib. Romanda VIII əsrdən XV əsrədək oğuz eli tayfalarının həyatı ilə bağlı maraqlı məqamlar yer alıb.

“Sandro Teti” nəşriyyat evində çapdan çıxan kitabın ön sözündə professor Franko Kardini romanın italiyalı oxucular tərəfindən bəyəniləcəyinə əminliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: