AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib.
Nəşrin ideya və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.
Vəsait İ.Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.