Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Vaşinqton Dövlət Universiteti ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında elmi əlaqələr genişləndirilir
15.09.2014 00:00
  • A-
  • A
  • A+

Vaşinqton Dövlət Universiteti ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında elmi əlaqələr genişləndirilir

ABŞ-ın tanınmış alimi, Vaşinqton Dövlət Universitetinin Bitki Xəstəlikləri Departamentinin rəhbəri, professor Hanu R.Pappunu AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) dəvəti ilə Azərbaycanda səfərdə olub. Səfər ABŞ Kənd Təsərrüfatı Departamentinin təsis etdiyi Norman Borlaug Beynəlxalq Təqaüd Proqramı çərçivəsində baş tutub.

Səfər zamanı GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov alimi qəbul edib. Görüşdə ikitərəfli elmi əlaqələrin gələcək inkişafı, beynəlxalq tədqiqat proqramlarında birgə iştirak, gənc kadrların hazırlanmasında ABŞ alimlərinin dəstəyi, elmi mübadilə və s. bu kimi məsələlər müzakirə edilib. Professor H.R.Pappunu GEİ-də aparılan elmi tədqiqatlar, burada yaradılmış yeni laboratoriyalar və gənc alim potensialı ilə tanışlıqdan məmnunluğunu ifadə edib.

H.R.Pappununun rəhbərliyi və AMEA və Kənd Təsərrüfatı Nazirliyi institutlarının alim və mütəxəssislərinin iştirakı ilə “Virusların bioloji və molekulyar xüsusiyyətləri” mövzusunda seminar təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: