Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.11.2019 10:33
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar

Botanika İnstitutunun əməkdaşları Şəkidə fenoloji tədqiqatlar aparıblar

1-10 noyabr 2019-cu il tarixlərində Şəkidə AMEA-nın Botanika İnstitutu ilə Şəki Regional Elmi Mərkəzi arasında imzalanmış elmi əməkdaşlıq çərçivəsində müştərək çöl tədqiqatları həyata keçirilib.

Məqsəd regionun bitki biomüxtəlifliyinin öyrənilməsi və davamlı istifadəsinin təmin edilməsi, o cümlədən əldə olunmuş nəticələrdən birgə istifadə etməklə bitki ehtiyatlarının qiymətləndirilməsi olub.

Botanika İnstitutunun əməkdaşları tərəfindən Şəki rayonunun Baş Şabalıd kəndi və Marxal ərazisində keçirilən ilkin monitorinq nəticəsində meşə massivlərində payız florasının siyahısı tərtib olunub və fenoloji müşahidələr aparılıb. Bu sahələrdə 4 nadir bitki növü müəyyən olunub, onların populyasiyalarının demoqrafik strukturu və vəziyyəti öyrənilib. Həmçinin meşə massivlərində bəzi invaziv növlərin meşəyə daxil olması qeydə alınıb.

Nadir bitkilərin populyasiyalarına aid alınan məlumatlar Azərbaycanın Qırmızı kitabının yeni nəşrində istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: