Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2019 12:41
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Tokioda beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan alimləri Tokioda beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “IWTMC-2019” beynəlxalq seminarında iştirak ediblər.

Dünyanın aparıcı elm xadimlərinin qatıldıqları seminarda akademik Nazim Məmmədov “Fermi səviyyəsi xaricində dar boşluqlu yarımkeçiricilərdə plazmonlar və zonalararası optik tranzistorlar” mövzusunda dəvətli məruzə ilə, Ayaz Bayramov isə poster təqdimatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: