AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın dahi dramaturqu və şairi Hüseyn Cavidin vəfatının 78-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı görkəmli mütəfəkkirin faciəli həyat yolundan və zəngin yaradıcılığından danışıb. Bildirib ki, H.Cavidə əsl bəraət 1982-ci il dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verilib və onun nəşi ulu öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana gətirilib. Ümummilli liderin göstərişi ilə ədibin Bakıda və Naxçıvanda ev muzeyləri açılıb, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldılıb.
Daha sonra muzeyin elmi katibi İlahə Novruzova bu mədəniyyət ocağında H.Cavid irsi ilə bağlı görülən işlər, həmçinin yenicə çapdan çıxmış 20 cildlik “Cavidşünaslıq” elmi araşdırmalar toplusu barədə məlumat verib.
Sonda H.Cavidə həsr olunmuş “Qayıdış” filmi və onun müxtəlif illərdə çəkilmiş fotolarından ibarət videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.