Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasına AMEA-nın Neft və Qaz İnstitutu da qoşulub.
Müəssisənin əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 70 ədəd küknar və 30 ədəd eldar şamı əkilib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə respublika ərazisində 650 min ağac əkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.