Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun alimi vəfat edib
09.01.2025 09:58
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi vəfat edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Sevər Cabbarlı yanvarın 7-də 68 yaşında vəfat edib.

Sevər Heydər qızı Cabbarlı 1957-ci il fevralın 10-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirib. “XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları” mövzusunda namizədlik dissertasiyası müdafiə edən alimin əsas elmi nailiyyəti Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində XVIII-XIX əsr əlyazma toplularının əhəmiyyətinin müəyyənləşdirilməsi olub.

1981-ci ildən ömrünün sonuna kimi Əlyazmalar İnstitutunda işləyən alim böyük elmi işçi, daha sonra aparıcı elmi işçi vəzifələrində çalışıb.

Ədəbiyyat, folklor və mətnşünaslıq sahələri üzrə tədqiqat işləri aparan S.Cabbarlı 42 elmi əsərin müəllifi idi.

Əlyazmalar İnstitutunun rəhbərliyi və kollektivi onun ölümündən kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: