Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2019 15:02
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi-praktiki konfrans keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi-praktiki konfrans keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi ilə institutun gənc alim və mütəxəssisləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə institutun kitabxanası, Torpaq muzeyi və bir sıra laboratoriyalarla tanış olublar.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq konfransın əhəmiyyətindən danışıb.

Sonra Aqrar  Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini, b.ü.f.d., dosent Fərman Kərimov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, f.ü.f.d. Famin Salmanov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun GAMŞ-ın sədri Fərid Mustafayev çıxış edərək bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaratdığını qeyd ediblər.

Konfransda “Aqrar sahənin inkişafında gənc alim və mütəxəssislər qarşısında duran vəzifələr”, “Pestisidlərdən istifadə və onların torpaqda yaratdığı fəsadlar”, “Abşeron yarımadasında daş karxanalarının təsiri ilə pozulmuş torpaqların deqrodasiyaya təsiri”, “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, “Heyvandarlığın  intensiv inkişafında yem bazasının  rolu”, “Meyvə bitkiləri calaqaltılarının mikroklonal üsulla çoxaldılması”  və digər mövzularda məruzələr dinlənilib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurası ilə KTN-in Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası, eləcə də KTN-in Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: