Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.09.2026 14:45
  • A-
  • A
  • A+

MEK əməkdaşının yeni kitabı oxuculara təqdim olunub

MEK əməkdaşının yeni kitabı oxuculara təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin əməkdaşı, yazıçı-publisist Pərvanə Bayramqızının “Səni özünə döndərənlər” adlı kitabı çapdan çıxıb.

Yazıçının fərqli ədəbi nümunələrlə zəngin sayca yeddinci kitabı, dövrümüzün sözdən abidəsini yaradan müəllif cəmiyyətdə baş verən dəyişiklər haqqında, sosial problemlər, yaxşılıq-pislik mövzusunda yazdığı esselərdə şahidi olduğumuz prosesləri, mənəvi boşluqları, müxtəlif tip insanların fərqli xüsusiyyətlərini özünəməxsus formada göstərib. Mətnlər bu günün ab-havasını hiss etdirir, təzadlı yaşantıları söz vasitəsilə canlandırır. İnsanın iç dünyasına enən yazıçı onu bütün incəliklərinədək təhlil edir.

Mövzular “Əzəli və əbədi güc”, “Ədəbi fikirlər”, “İki vətəndən biri”, “AYNA” və başqa  bölmələrə ayrılıb. Süni intellekt vasitəsilə mətnlərin ümumi məzmununu əhatə edən rəsmlər hazırlanıb. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ziyalılarla müsahibələr də yer alıb.

Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: