Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.12.2019 17:51
  • A-
  • A
  • A+

Hüquq və İnsan Haqları İnstitutu Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edəcək

Hüquq və İnsan Haqları İnstitutu Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edəcək

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd fiziki məhdudiyyətli şəxslərin, o cümlədən paralimpiyaçıların hüquq və insan haqları sahəsində birgə fəaliyyətinin genişləndirilməsi, paralimpiyaçıların hüquqlarının təmini ilə əlaqədar müxtəlif layihələrin hazırlanması, fiziki məhdudiyyət sahəsində beynəlxalq proqramlarda iştirakın təmin olunması, paralimpiyaçıların hüquqlarının təminatına dair mütərəqqi beynəlxalq standartların və təcrübənin ölkəmizdə tətbiqi imkanları və perspektivləri ilə bağlı müzakirələrin və bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Bununla yanaşı, sənəd paralimpiyaçıların mövcud olan infrastrukturdan istifadəsinə əngəl törədən maneə və baryerlərin aşkara çıxarılmasını və aradan qaldırılmasını əhatə edən birgə tədbirlərin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Sənəd, həmçinin məktəblər, yollar, idman qurğuları, nəqliyyat və digər xidmətlərdən paralimpiyaçıların rahatlıqla istifadə imkanları üzrə minimum standartların işlənib-hazırlanması və tətbiqinin təşkili, eyni zamanda fiziki məhdudiyyət siyasətinin inkişaf etdirilməsi və qarşılıqlı şəkildə təlim kursları, konfrans, seminar-treninq və mühazirələrin təşkilini nəzərdə tutur.

Memorandumu Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: