AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilmiş ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib. Belə ki, Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulan barelyef bu ekspozisiyaya daxil edilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb, lakin müxtəlif səbəblərdən onu aparmaq mümkün olmayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.