AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Orientalistika” mövzusunda növbəti elmi-nəzəri seminar keçirilib. Şərqşünaslığın aktual problemlərinə həsr olunmuş seminarda institutun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Müstəqillik dövründə Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə Azərbaycanda dini durum, dinə dövlət qayğısı, Azərbaycanda tolerantlıq və dini sahədə mövcud problemlər və çıxış yollarından geniş bəhs olunub. Hazırda ölkədə dini durumun sabit olduğu, dövlətin dini durumu nəzarətdə saxlamaq məqsədilə ardıcıl tədbirlər həyata keçirdiyi, radikallıq meyllərinin qarşısının aldığı qeyd edilib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.