Dekabrın 16-da AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Əməkdaşlıqda məqsəd YT Parkın innovativ məhsullarının istehsalı və satınalınmasına dəstəyin göstərilməsidir.
Müqavilədə elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsi, innovasiya xarakterli elmi nailiyyətlər nəticəsində yaranan innovativ məhsulun kommersiyalaşdırılması və digər məsələlər əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.