Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Mil düzündə çöl-tədqiqat işləri aparılıb
27.12.2019 11:20
  • A-
  • A
  • A+

Mil düzündə çöl-tədqiqat işləri aparılıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları c.ü.f.d. Mirnuh İsmayılov və Emil Cəbrayılov Mil düzünün Şirinqum təpələri ərazisində çöl-tədqiqat işləri aparıblar.

Araşdırmalar nəticəsində müəyyən olunan yeni səhralaşma ocaqlarında müşahidə və ölçmə işləri həyata keçirilib. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülüb, coğrafi koordinatlar dəqiqləşdirilib. Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunub.

Tədqiqatlar nəticəsində Mil düzündə səhra landşaftının 45 hektar ərazini əhatə etdiyi müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: