Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2019 15:25
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Neft-Kimya Prosesləri İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yığıncaq təşkil edilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Abbasov bayram münasibətilə əməkdaşları təbrik edib. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar günün respublikamızda və xarici ölkələrdə yaşayan milyonlarla soydaşımız tərəfindən hər il ruh yüksəkliyi ilə qeyd edildiyini bildirib. Vurğulayıb ki, cari ildə də ölkəmiz ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə dinamik və sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib və beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib.

2019-cu ilin rəhbərlik etdiyi elmi müəssisə üçün uğurlu olduğunu deyən akademik V.Abbasov cari ildə ölkə başçısı tərəfindən Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq sərəncamın imzalandığını xatırladıb. O, həmçinin Prezident İlham Əliyevin digər sərəncamlarına əsasən institutun bir qrup əməkdaşının fəxri adlara layiq görüldüyünü, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb.

V.Abbasov AMEA-nın 28 dekabr tarixli Ümumi iclasından irəli gələn məsələlər, gələcək sosial və elmi layihələr haqqında da məlumat verib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin akademiyanın Ümumi iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: