Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabı işıq üzü görüb
23.09.2014 00:00
  • A-
  • A
  • A+

“Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabı işıq üzü görüb

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin “Dədə Qorqud Kitabı”: tariximizin ilk yazılı dərsliyi” adlı kitabı çapdan çıxıb.

Kitab “Dədə Qorqud Kitabı”, “Bədii quruluşu haqqında müxtəsər söz”, “Bir daha Qorqudun kimliyi haqqında”, “Əski türk demokratiyası “Dədə Qorqud”un gözü ilə”, “Kitabda Oğuz ailəsi”, “Dədə Qorqud dünənimizin keçmişidir”, “Şumer mifləri və “Dədə Qorqud” Kitabı”, “Dədə Qorqud Kitabı” ədəbi-bədii hadisə kimi”, “Kitab”ın dilinin iki sintaktik xüsusiyyəti”, “Həmişəyaşar Dədə Qorqud ədəbiyyatı” və s. bölmələrdən, zəngin ədəbiyyat siyahısından ibarətdir.

AMEA Folklor İnstitutu tərəfindən nəşr olunmuş kitabın redaktorları AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu və fil.ü.f.d. Nail Qurbanovdur.

Qeyd edək ki, yeni nəşr “Dədə Qorqud” eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: