AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Qəzet fondunda Azərbaycan dilində 1800, rus dilində 1331, Şərq xalqlarının dillərində 23987 nüsxə qəzet mühafizə olunur.
Kitabxanaya təqdim edilən qəzetlər hər 3 aydan bir fonda təhvil verilir. Fondda qəzetlər aylar, nömrələr, eləcə də dillər (Azərbaycan, rus, ingilis) üzrə çeşidlənir, arxivləşdirilir.
Fondda saxlanılan ən qədim qəzet Azərbaycan dilində 1906-cı ildə çap olunmuş “Həyat” qəzeti və rus dilində 1905-ci ildə nəşr edilmiş “Baku” qəzetidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.