AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramına dair seminar keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov alimlərimizin dünya elminə inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə "Horizon 2020" proqramının önəmini vurğulayıb.
Sonra proqramın Hüquqi və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov çıxış edərək riyaziyyatçı alimlərin "Horizon 2020"-də fəal iştirakı ilə bağlı tövsiyələrini səsləndirib, iştirakçıların suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.