Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib.
Böyük özbək şairi Əlişir Nəvainin 579 illiyi ilə bağlı keçirilən “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” beynəlxalq elmi konfransında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli fəxri doktor diplomunu özbək aliminə təqdim edib.
Mükafata görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirən professor Şuxrat Sirojiddinov fəxri doktor seçilməsinin ümumilikdə Özbəkistan alimlərinə verilən dəyərin rəmzi ifadəsi olduğunu deyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.