Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.03.2020 10:30
  • A-
  • A
  • A+

Kəpəz dağının cənub ətəklərində XVIII əsrə aid qəbiristanlıq tapılıb

Kəpəz dağının cənub ətəklərində XVIII əsrə aid qəbiristanlıq tapılıb

Kəpəz dağının cənub ətəklərində, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə qəbiristanlıq aşkar edilib. Yerüstü əlamətləri olan və bir-birindən 2-3 metr aralıda yerləşən qəbirlərin əksəriyyətinin üzərində ərəb əlifbası ilə yazılmış yazılara rast gəlinib. Bundan əlavə, ərazidə bir neçə kurqan-sərdabə tipli dəfn qaydası da müşahidə edilib.

Arxeoloq-alim Elnur İmanov bildirib ki, epitafiyalara əsasən qəbirlərin bir çoxu XVIII əsrin sonlarına aiddir və qiblə istiqamətində olması onların müsəlmanlara mənsubluğunu göstərir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə isə qəbir daşlarında ərəb dilinin süls elementli nəstəliq xətti ilə sözlər yazıldığını vurğulayıb.

Kəpəz qəbiristanlığında ölkəmizin digər ərazilərində oxşar həmdövr abidələrdəki sərdabə, baş və sinədaşları kimi daşların qoyulduğunu görmək mümkündür. Bir çox daşların bədii tərtibatına xüsusi önəm verilib. Daşların üzərində müxtəlif ornamentlər müşahidə olunur. Epiqrafik yazılar və təsvirlər qabartma, həmçinin oyma üsulu ilə işlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: