Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutu əməkdaşlarının onlayn iclası keçirilib
16.04.2020 13:29
  • A-
  • A
  • A+

Folklor İnstitutu əməkdaşlarının onlayn iclası keçirilib

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn iclası keçirilib. Şöbənin bütün əməkdaşlarının canlı bağlantıya qoşulduğu iclası şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev açıb, gündəlikdəki məsələləri diqqətə çatdırıb. 

K.Əliyev koronavirusla mübarizədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarının, çıxışlarında irəli sürdüyü aktual məsələlərin əhəmiyyəti barədə məlumat verib. O, hər bir vətəndaşın qarşıya qoyulan tələblərə ciddi şəkildə əməl etməsinin zəruriliyindən bəhs edib.

Daha sonra şöbə əməkdaşlarının yeni nəşr olunmuş kitabları təqdim olunub. Professor Cəlal Qasımov müəllifi olduğu “Birinci Türkoloji qurultay: şahidlər və şəhidlər” kitabı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Heyvanlar haqqında nağıllar və təmsillər” monoqrafiyası haqqında məlumat veriblər.

Sonra şöbə əməkdaşlarının kitablar haqqında rəyləri dinlənilib.

Onlayn iclasda, həmçinin elmlər doktoru hazırlığı üzrə doktorantlar – Fidan Qasımova, Aynur İbrahimova və Aytac Abbasovanın rüblük hesabatları dinlənilib və qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: