Rusiyanın Moskva şəhərində Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC) ilə Rusiya Coğrafiya Cəmiyyəti (RCC) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən AMEA Coğrafiya İnstitutunun direktoru, ACC-nin prezidenti, akademik Ramiz Məmmədov, Rusiya tərəfindən RCC-nin prezidenti Serqey Şoyqu imzalayıblar.
Müqavilə iki cəmiyyət arasında birgə tədqiqat və ekspedisiya işləri aparmağa, beynəlxalq görüşlər və konfranslar keçirməyə imkan verəcək. Bu işlərin maliyələşməsi əsasən RCC-nin qəyyumlar şurasının yaratdığı fond vasitəsi ilə təmin olunacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.