Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Aleksey Xoxlov koronavirus pandemiyasının Rusiyada elmin inkişafına təkan verdiyini hesab edir: “Bütün cəmiyyət elmin, xüsusilə pandemiya ilə bağlı məsələlərə dair elmi anlayışların mühüm olduğunu dərk edib. Elmə maraq əhəmiyyətli dərəcədə artıb”.
Akademik universitetlərə və digər ali məktəblərə daxil olmağa hazırlaşan gənclərin müasir şəraitdə ən perspektivli ixtisaslaşmalar hesab edilən biotibb və kimyəvi-bioloji elmlə bağlı ixtisasları seçəcəklərinə əminliyinə ifadə edib.
Onun sözlərinə görə, alimlər artıq müasir kommunikasiya vasitələrinin təqdim etdiyi üstünlükləri anlayırlar. Hər kəs mövcud məsələlərin müzakirə olunması və hər hansı bir qərarın tez zamanda qəbul olunması baxımından onlayn konfransların təşkilinin daha sadə olduğunu anlayıb.
A.Xoxlov əlavə edib ki, ən vacib məqam isə bu elmi informasiyaların yerləşdiyi böyük beynəlxalq bazalara giriş imkanlarının əldə olunmasıdır. Pandemiya dövründə bu bazaların əksəriyyətinə giriş sərbəst elan edilib.