Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Süni beyin hazırlanıb
11.06.2020 09:48
  • A-
  • A
  • A+

Süni beyin hazırlanıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri memristorlar adlandırılan on minlərlə süni sinapsdan (sinir hüceyrələrinin digər hüceyrələrə məlumat ötürməsinə imkan verən əlaqə nöqtələri) ibarət süni beyin hazırlayıblar. Bu haqda “Nature Nanotechnology” jurnalında dərc edilmiş məqalədə məlumat verilir.

lenta.ru saytı xəbər verir ki, memristorlar silisium, həmçinin gümüş və mis ərintisindən hazırlanıb. Hazırlanmış çip vizual informasiyanı yadda saxlamağa və onu karbonlu komponentlərdən istehsal edilmiş mövcud memristor konstruksiyaları ilə müqayisədə, daha dəqiq canlandırmaq qabiliyyətinə malikdir.

Bu, informasiyanı insan beyni kimi emal edən elektronikanın bir növünü təşkil edən neyromorfik qurğuların işini yaxşılaşdırmağa imkan verəcək. Belə sxemlər yığcam qurğulara inteqrasiya edilə və hələlik yalnız superkompüterlər üçün həlli mümkün olan mürəkkəb tapşırıqları yerinə yetirə bilərlər.

  • Paylaş: