Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusla mübarizədə istifadə olunan ilk preparatlar Rusiya xəstəxanalarına daxil olub
12.06.2020 09:46
  • A-
  • A
  • A+

Koronavirusla mübarizədə istifadə olunan ilk preparatlar Rusiya xəstəxanalarına daxil olub

Rusiya xəstəxanalarına COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub. İlk dərmanları Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod vilayətlərinin tibb məntəqələri alıb.

poisknews.ru saytının məlumatına görə, preparat məcburi tibbi sığorta proqramına daxil olan rusiyalılar üçün ödənişsiz olacaq. Hazırda Rusiyada “Avifavir”ə qarşı yüksək tələbat olduğundan onun ölkənin bütün regionlarına çatdırılmasına dair danışıqlar aparılır. Həmçinin 10-dan çox ölkədən “Avifavir”in çatdırılmasına dair sorğular alınıb.

“Kliniki sınaqların nəticələri "Avifavir"i dünyada ən ümid verən dərman preparatlarından biri hesab etməyə imkan verir”, – deyə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril Dmitriyev qeyd edib.

Bildirilir ki, preparat sərbəst satış üçün nəzərdə tutulmayıb. O, yalnız xəstəxanalarda əlçatan olacaq. Bu ay ərzində ümumilikdə 60 min “Avifavir” istehsalı planlaşdırılır. Zərurət yaranarsa, istehsalın həcmi ildə iki milyona qədər artırılacaq.

Xatırladaq ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu tərəfindən hazırlanan bu dərman dünyada koronavirus infeksiyana qarşı qeydə alınmış iki preparatdan biridir.

  • Paylaş: