İyunun 17-də AMEA-nın Dendrologiya İnstitutunun Bitki ekologiyası laboratoriyasının əməkdaşları Xəzər rayonunun Buzovna qəsəbəsində ekspedisiyada olublar.
Ekspedisiya zamanı yeni salınmış parklara introduksiya edilmiş yeni növlərə ekoloji amillərin təsirini qiymətləndirmək üçün havanın, torpağın temperaturu, havanın nisbi rütubəti və radiasiya fonu ölçülüb, eləcə də bitkilər üzərində finoloji müşahidələr aparılıb, fotosintez prosesinin gedişatını tədqiq etmək üçün bitkilərin yarpaqlarından nümunələr götürülüb, xlorofilin miqdarı ölçülüb.
Qeyd edək ki, Bitki ekologiyası laboratoriyasının əməkdaşları son 3 il ərzində tədqiqat işlərini yeni introduksiya olunmuş növlərə Abşeronun iqlim-torpaq şəraiti, su qıtlığı və son illərdə müşahidə olunan iqlim dəyişkənliyinin təsirini öyrənməyə yönəldiblər. Onlar yeni gətirilmiş ekzotik bitkilərin ekoloji amillərin təsirinə uyğunlaşma, davamlılıq dərəcəsini, biointoksikasiya və bioindikator xassələrini aşkar edərək, Abşeronun iqliminə dözümlü olan dekorativ bitkilərin yaşıllaşdırma və introduksiya tədbirlərinə öz təkliflərini veriblər. Tədqiqat prosesində müasir avadanlıqlardan istifadə edərək, həm çöl şəraitində fenoloji müşahidələr, həm də laboratoriya şəraitində fizioloji və biokimyəvi analizlər aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.