Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən hazırlanmış boyunbağı təqdim olunub
06.07.2020 15:11
  • A-
  • A
  • A+

İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən hazırlanmış boyunbağı təqdim olunub

İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi koronavirusun bir insandan başqasına keçməsinin qarşısını alan evkaliptdən hazırlanmış boyunbağı təqdim edib.

tass.ru saytı xəbər verir ki, bu yeniliyi ictimaiyyətə nazir Syahrul Yasin Limpo çatdırıb. Onun sözlərinə görə, İndoneziya Səhiyyənin İnkişafı və Tədqiqatlar Milli Agentliyinin mütəxəssisləri 700-dən artıq evkalipt növünü birləşdirərək boyunbağı düzəldiblər. Sınaqlar göstərir ki, belə bir bitki birləşməsinin təqribən 30 dəqiqə gəzdirilməsi 80 faiz virusların, o cümlədən COVID-19-un məhvinə səbəb olur.

Nazir, həmçinin özünün də müxtəlif tədbirlərə gedərkən bu antivirus boyunbağısından istifadə etdiyini söyləyib.

Agentliyin rəhbəri Fəcri Cifri bildirib ki, evkalipt koronavirus aşkar edilən bir çox xəstənin müalicəsi zamanı istifadə edilib və bu zaman müsbət dəyişikliklər müşahidə olunub.

  • Paylaş: