Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiya COVID-19-un müalicəsi üçün “Avifavir” preparatını ixrac etməyə başlayıb
07.07.2020 11:20
  • A-
  • A
  • A+

Rusiya COVID-19-un müalicəsi üçün “Avifavir” preparatını ixrac etməyə başlayıb

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) və “XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi koronavirus (COVID-19) infeksiyasının müalicəsi üçün “Avifavir” adlı preparatı ixrac etməyə başlayıb.

iz.ru saytının məlumatına görə, bu preparat iyun ayında Belarusa ixrac edilib, yaxın vaxtlarda isə onun Qazaxıstana ixrac ediləcəyi gözlənilir.

50-dən çox ölkə bu dərmanı idxal etməkdə maraqlı olduğunu bildirib. Hazırda “Avifavir”in bir sıra Latın Amerikası dövlətlərinə ixrac edilməsi barədə danışıqlar aparılır. MDB ölkələri və Yaxın Şərq dövlətləri də onu almaqda maraqlı olduqlarını bildiriblər.

“ABŞ hakimiyyət orqanları yaxın aylar ərzində “Gilead Sciences” şirkətinin istehsal etdiyi “Remdesivir” preparatının 100 faizini almaq qərarına gəlib. Rusiya bu faktı və dünya bazarında səmərəli preparatlar qıtlığı yaranmasını nəzərə alaraq koronavirusa qarşı mübarizədə xarici ölkələrə “Avifavir” satmağa hazırdır”, – deyə RBİF-in rəhbəri Kirill Dmitriyev qeyd edib.

K.Dmitriyev vurğulayıb ki, Rusiyada istehsal olunan preparat qat-qat ucuz başa gəlir, həblər şəklində buraxılır. Onun sözlərinə görə, bu dərman COVID-19-un erkən mərhələlərində terapiyanı həyata keçirməyə imkan verir.

Qeyd edək ki, RBİF və “XimRar” şirkətlər qrupunun müştərək müəssisəsi iyun ayında 100 min müalicə kursu üçün preparat istehsal edib və Rusiyanın 35 regionuna göndərib. Müəssisənin istehsal gücünün 3 dəfə artırılması sayəsində hazırda ayda 300 min müalicə kursu üçün preparat istehsal etmək mümkündür. Beləliklə, “Avifavir”ə olan daxili tələbatı tam təmin etməyə və onun ixracına başlamağa imkan yaranacaq.

  • Paylaş: