Böyük Britaniyada koronavirusa qarşı hazırlanmaqda olan vaksin gələcək pandemiyalarla da səmərəli mübarizə apara biləcək.
theguardian.com saytının məlumatına görə, yeni texnologiya bir neçə həftə ərzində milyonlarla doza vaksin hazırlamağa imkan verəcək. Digər nümunələrdən fərqli olaraq bu vaksin sintetik yolla hazırlanır.
London İmperial Kollecinin professoru Robin Şattok bildirib ki, yeni vaksinin hazırlanması texnologiyası universaldır. Başqa sözlə, bu vaksini gələcəkdə digər epidemiyalara uyğunlaşdırmaq və onlarla mübarizədə istifadə etmək olar.
Professor R.Şattok qeyd edib ki, əzələdaxili inyeksiyadan sonra bu preparat RNT-ni gücləndirir və orqanizmin infeksiyaya reaksiyasını stimullaşdırır.
Vaksinin test nümunələrinin avqustun ortalarınadək hazır olacağı gözlənilir.