Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Britaniya həkimləri COVID-19-a yoluxmuş insanlarda ömürlük qala biləcək nəticələrdən danışıblar
09.07.2020 12:41
  • A-
  • A
  • A+

Britaniya həkimləri COVID-19-a yoluxmuş insanlarda ömürlük qala biləcək nəticələrdən danışıblar

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, koronavirusa yoluxaraq ondan sağalmış hər üçüncü insan həyatının qalan hissəsində ağ ciyərlərinin zədələnməsi, xroniki yorğunluq və psixoloji pozuntulardan əziyyət çəkə bilər.

medikforum.ru saytının məlumatına görə, Britaniyada xəstəxanadan sağalaraq çıxmış hər onuncu şəxsdə kəskin ürək zədələnməsi diaqnozu qoyulur. Həmçinin mütəxəssislər hesab edirlər ki, keçirilmiş COVID-19 xəstəliyi beynin zədələnməsinə səbəb ola bilər. O, hətta Alzaymer xəstəliyinin inkişafına təkan verə bilər.

  • Paylaş: