Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Türkiyədə tullantı sularda SARS-CoV2 virusuna rast gəlinib
13.07.2020 12:02
  • A-
  • A
  • A+

Türkiyədə tullantı sularda SARS-CoV2 virusuna rast gəlinib

Dünyada ilk dəfə olaraq Türkiyədə suda və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul da daxil olmaqla, ölkənin 81 vilayətində tullantı sularında virus aşkarlanıb.

cnnturk.com saytının məlumatına görə, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ölkənin Su İnstitutu İdarəsi ilə birgə aparılan araşdırmaların mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması üçün həyata keçirildiyini bildirib.

Məlum olub ki, SARS-CoV2 virusuna palçıq sularında daha çox rast gəlinir. Tədqiqatların aparıldığı 81 vilayətdə 250 tullantı sutəmizləyici qurğudan nümunələr götürülüb. SARS-CoV2-nin ən çox rast gəlindiyi şəhərlər isə Konya və İstanbul olub. İstanbulda ilk nümunələr aprel ayında alınıb. Mütəxəssislər aprel ayı ilə müqayisədə, iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.

Türkiyənin turistik bölgələri, o cümlədən Antalyada da tullantı sularında virusa rast gəlinib. Mütəxəssislər sularda tapılan virusun ölü olduğunu bildiriblər ki, bu da müsbət haldır.

Hazırda türkiyəli mütəxəssislər tərəfindən mümkün risklərə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması işlərinə başlanılıb.

  • Paylaş: