Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Paris Siyasi Tədqiqatlar İnstitutunun elmi əməkdaşı Aleksandr Kazeroni elmi məruzə ilə çıxış etdi.
İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev fransalı qonağın elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Sonra ərəbşünas alim A.Kazeroni “Fars körfəzi regionunda mədəni siyasət” adlı məruzə ilə çıxış etdi.
Sonda məruzələr ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.