Fransız alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə rast gəlinən ümumi simptomları müəyyən ediblər.
iz.ru saytının məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunmuş tədqiqat işində bildirilir.
Alimlər süni tənəffüs cihazında olan 50 koronavirus xəstəsinin vəziyyətini tədqiq ediblər. Onlar pasiyentlərdə interferon çatışmazlığı (viruslarla mübarizə üçün orqanizmdən ayrılan zülal) və güclü iltihab aşkar ediblər.
Qeyd edilir ki, ən ağır pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını ləngidən I tip interferon çatışmazlığı müşahidə olunub.