Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şimali Koreya COVID-19-a qarşı peyvənd üzərində çalışır
20.07.2020 11:07
  • A-
  • A
  • A+

Şimali Koreya COVID-19-a qarşı peyvənd üzərində çalışır

Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.

www.world.kbs.co.kr saytı xəbər verir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb.

Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki Biologiya İnstitutu mütəxəssislərinin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb. Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb.

Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.

  • Paylaş: