Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

COVID-19-a qarşı vaksinin tətbiqini istisna edən xəstəlik
20.07.2020 12:08
  • A-
  • A
  • A+

COVID-19-a qarşı vaksinin tətbiqini istisna edən xəstəlik

Koronavirusa qarşı vaksin immun sisteminin ağır xroniki xəstəlikləri olan insanlardan başqa, hər kəsə uyğun olacaq.

Bu barədə Rusiyanın N.F.Hamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru məlumat verib.

O, bildirib ki, istənilən vaksin səhhətdə kəskinləşməyə səbəb ola bilər, buna görə də xroniki xəstəlikləri olan insanların peyvənd olunmazdan öncə həkim-immunoloqla məsləhətləşməsi zəruridir.

Qeyd edək ki, Hamalei adına institut artıq vaksinin kliniki sınaqlarını keçirib. "Vektor" mərkəzi ekspertizanı bitirdikdən təxminən iki-üç həftə sonra onlara başlamaq niyyətindədir.

ria.ru saytı xəbər verir ki, proqnozlara görə, Rusiyada ilk yerli vaksinin avqust ayının ortalarında qeydiyyatdan keçirilməsi planlaşdırılır.

  • Paylaş: