Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çin Mars planetinin tədqiqi üçün ilk missiyaya start verib
23.07.2020 13:12
  • A-
  • A
  • A+

Çin Mars planetinin tədqiqi üçün ilk missiyaya start verib

Çin Mars planetinin tədqiq olunması üçün “Tyanven-1” (“Səmaya suallar-1”) adlı ilk zondunu kosmosa çıxarıb.

www.news.mail.ru saytının məlumatına görə, “Çançjen-5” (“Böyük yürüş”-5) daşıyıcı raketi bu gün yerli vaxtla saat 12:41-də Haynan adasında yerləşən Vençan kosmodromundan start götürüb. Çin hakimiyyəti zondun kosmosa uğurla çıxarıldığı barədə məlumat yayıb.

İlkin hesablamalara görə, zond təxminən yeddi ay ərzində Mars planetinə çatacaq.

Missiya Mars orbitinə çıxmağı, planetin səthinə enməyi və onun üzərində hərəkət etməyi nəzərdə tutur. Zond ilkin məlumatları 2021-ci ildə Yerə ötürə biləcək. Missiyanın uğurlu olacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xüsusiyyətlərini, maqnit sahəsini öyrənə biləcək. Bu isə, Qırmızı planetin və bütün Günəş sisteminin yaradılması və təkamülü prosesinə işıq salacaq.

Missiyanın əsas məqsədi həm də Marsda mümkün həyat izlərini tapmaq və gələcəkdə ətraf mühitin insanların yaşaması üçün dəyişə bilməsini müəyyən etməkdir.

  • Paylaş: