medpagetoday.com saytının məlumatına görə, tədqiqatçılar COVID-19-a yoluxan xəstələrin otopsiyası zamanı orta qulaqda və mastoiddə bu xəstəliyi törədən SARS-CoV-2 virusunu aşkar ediblər.
Belə ki, Johns Hopkins Ambulator Mərkəzinin həkimi C.Metyu Stüart və həmkarları COVID-19 səbəbiylə ölən 3 pasiyentin - 80 yaşlı qadın və kişi, eləcə də 60 yaşlı bir kişinin otopsiyasını tədqiq ediblər. Üç nəfərdən ikisinin mastoid və orta qulaq nahiyəsində SARS-CoV-2 virusu müsbət nəticə verib.
Tədqiqatçıların fikrincə, COVID-19 xəstələrinə qulaq əməliyyatı zamanı burun, ağız və hava yollarına tətbiq olunan damla prosedurları xəstəliyin tibb işçilərinə yoluxma riskini artırır. Bu səbəbdən damla prosedurları xəstələrdə ambulator şəraitdə tətbiq olunmalıdır.