Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər insan gülüşündən təhlükəsiz biometrik parol hazırlayıblar
28.07.2020 11:51
  • A-
  • A
  • A+

Alimlər insan gülüşündən təhlükəsiz biometrik parol hazırlayıblar

Dünyada on milyonlarla insan tərəfindən istifadə edilən rəqəm və hərf kombinasiyasından ibarət parolların əvəzinə, biometrik təhlükəsizlikdən istifadə daha məqsədəuyğundur. Çünki hər bir insan bir neçə unikal biometrik imzaya malikdir. Biometrik təhlükəsizlik dedikdə çox vaxt barmaq izləri, gözün qüzehi və ya torlu qişasının oxuyucuları, həmçinin səslə aktivləşdirilən sistemlər başa düşülür.

"International Journal of Biometrics” jurnalında insan gülüşündən biometriyada istifadəni nəzərdə tutan araşdırma dərc olunub.

hightech.fm saytı xəbər verir ki, səs və danışıq tərzindən fərqli olaraq insan gülüşü heç vaxt təqlid olunmadığından tədqiqatçılar insan gülüşündən rəqəmsal imza hazırlamaq üçün müxtəlif səs tezlikləri müəyyənləşdiriblər.

Sınaqlar nəticəsində məlum olub ki, alqoritmin dəqiqliyi 90% təşkil edir ki, bu isə Qauss küyünün adi modelinin 65% dəqiqliyindən xeyli fərqlənir. İstehsalçıların alqoritminin Qauss küyü ilə vəhdəti ümumi dəqiqliyi 5% yüksəldə bilər.

  • Paylaş: