Avstraliyanın şəhəri Melburnda yerləşən Kral Hospitalının tibb bacısı Emil Morris özündə koronavirusun nadir simptomunu aşkarlayıb.
Bu barədə “Mirror” Azgentliyi məlumat yayıb.
Məlumata görə, COVID-19-a yoluxan xəstələrlə işləyən tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib.
E.Morris bununla bağlı rəhbərliyə müraciət edib, ondan koronavirus analizləri götürülüb və cavab pozitiv çıxıb.
Mütəxəssislər bunun təhlükəli infeksiyanın nadir əlaməti olduğunu bildirir.