Rusiya Elmlər Akademiyasının L.V.Komarov adına Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Dr. Dmitriy Viktoroviç Geltman AMEA Botanika İnstitutunun qonağı olub. Məqsəd AMEA Botanika İnstitutunun Herbari Fondunun yenilənmiş infrastrukturu ilə tanış olmaq, həmçinin Fondda saxlanılan Euphorbiaceae Juss. fəsiləsinə aid Euphorbia cinsinin araşdırılması idi. Dr.Geltmanla institut əməkdakdaşları tərəfindən toplanmış herbari nümunələri müzakirə edilərkən Azərbaycan üçün yeni taksonlar müəyyənləşdirilib.
Qonaq Abşeron florasını öyrənmək məqsədilə Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. V.Kərimovla birlikdə həmin ərazidə çöl tədqiqatlarında iştirak edib.
Herbari Fondunda təşkil olunmuş seminar zamanı botaniki nomenklaturaya aid geniş müzakirələr aparılıb, institutun əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb və əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.