Britaniya alimləri aşkar ediblər ki, həşəratlara qarşı qovucu vasitələr – repellentlərdə olan aktiv inqrediyent COVID-19-u məhv etmək imkanına malikdir.
Meddaily.ru saytı xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Texnologiyaları Elmi Laboratoriyasının tədqiqatçıları müəyyən ediblər ki, sitriodiol koronavirusla mübarizədə kömək edə bilər.
Bildirilir ki, həşəratlardan qoruyan repellentlərin tərkibində olan sitriodiol insanları virusdan qorumaq üçün kifayət etmir, lakin onları əlavə mühafizə vasitəsi kimi üz üçün maskalar, əllərin yuyulması və sağlamlığın qorunması üzrə digər tövsiyələrlə birgə istifadə etmək olar.
Qeyd edək ki, sitriodiol limon evkaliptinin (Corymbia citriodora-ı) budaqları və yarpaqlarından əldə olunur. O, insanlar üçün təhlükəsiz hesab olunur.