Çin təkrar istifadə edilə bilən sınaq kosmik gəmisinin kosmosa buraxılışını uğurla həyata keçirib. Buraxılış ölkənin Daxili Monqolustan Muxtar Bölgəsindəki Tszytsyuan kosmodromundan “Çançjen-2F” raket daşıyıcısı vasitəsilə edilib.
Ria.ru saytı xəbər verir ki, gəminin bir müddət Yerin orbiti üzrə uçacağı, bundan sonra geri dönəcəyi bildirilir.
Kosmik aparat uçuşlar zamanı təkrar istifadə edilə bilən texnologiyaların sınanması və kosmosun öyrənilməsində texnoloji dəstək üçün nəzərdə tutulub. Bu barədə Çinin Kosmik Elmlər və Texnologiyalar Korporasiyası (CASC) məlumat verib.