Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yer kürəsinə bənzər planet kəşf edilib
25.09.2020 10:01
  • A-
  • A
  • A+

Yer kürəsinə bənzər planet kəşf edilib

Astronomlar böyüklüyünə görə Yer kürəsinə bənzər və ulduzunun ətrafında 3,14 günə dövr edən ekzoplanet kəşf edib. “K2-315b” adı verilən planet, ilk olaraq 2017-ci ildə “K2” missiyası zamanı NASA-nın Kepler orbital teleskopu tərəfindən görüntülənib. Alimlər Çilidəki Paranal rəsədxanasının “SPECULOOS” sistemindən istifadə edərək dörd teleskopunu birləşdirib onun parametrlərini təyin etməyə çalışır.

Ria novostinin verdiyi xəbərə görə, “SPECULOOS” sistemi ultra soyuq ulduzlar - qəhvəyi cırtdanlar ətrafında potensial yaşayış planetlərini axtarmaq üçün yaradılmışdır. Ulduzdan nisbətən kiçik bir məsafədə dövr edən bu cür planetlərdə bəzi hallarda həyat mövcudluğu ola bilər. Alimlər ekzoplanetin radiusunun Yerin radiusundan 0,95 dəfə böyük olduğunu və ana ulduzu “EPIC 249631677” Günəşin təxminən beşdə birinin böyüklüyünə sahib olduğunu təxmin edir. “K2-315b” saniyədə 81 kilometr sürətlə hərəkət edir və tam 3,14 günə ulduzun ətrafında dövr edir.

  • Paylaş: