Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş Qarabağ torpaqlarımızda uğurlu döyüş əməliyyatları apararaq 30 ilə yaxın davam edən həsrətə son qoymaqdadır. Ard-arda gələn qələbələr hər bir azərbaycanlıda böyük qürur və sevinc hisləri yaradır.
Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürüb.
Ədəbiyyatşünas alimlər ordumuzun qələbəsinə inanır və ona dəstək verir.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.