İsveçin paytaxtında fizika sahəsində 2020-ci il üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.
Oktyabrın 6-da Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2020-ci il üzrə Nobel mükafatını alimlər Roger Penrosa “qara dəliyin yaranmasının ümumi nisbilik nəzəriyyəsi üçün etibarlı bir proqnoz olduğunu aşkar etdiyi üçün" və Reynhard Genzel və Andrea Ghezə “qalaktikamızın mərkəzində super-böyük kompakt cisimin kəşfinə görə" verildiyini elan edib.