Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Türkiyə Respublikasının “Orqsintez Yüksək Texnologiyası və Kimya Sənaye” şirkətinin baş meneceri Hasan Ekizlə işçi görüş keçirilib.
Görüş zamanı Hasan Ekiz institutun müxtəlif laboratoriyaları, elmi-tədqiqat istiqamətləri, innovativ tədqiqatları ilə yaxından tanış olub, mütəxəssislərlə müzakirələr aparıb. Laboratoriyaların təqdim etdikləri təqdimatlar əsasında şirkətin ehtiyac duyduğu Polimerlərin və polimer nanokompozitlərin alınması, təkmilləşdirilməsi və tətbiqi, Rentgen və qamma şüalardan qorunmaq üçün yeni polimer materialların (radioprotektorların) hazırlanma texnologiyasının işlənməsi, Plastik tullantıların ekoloji utilizasiyası və təkrar emalı, Kauçuk tullantılarının təkrar emalında aerogellərin istifadəsi üzrə əməkdaşlıq yaratmaq qərara alınıb.
Aparılan müzakirələrdən sonra şirkətlə institut arasında Niyyət protokolu imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.